Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pop müğənni marixuana biznesi ilə məşğul olacaq

Pop müğənni marixuana biznesi ilə məşğul olacaq

Tarix: 6 Oktyabr 2021 09:45

Məşhur kanadalı pop müğənni Castin Biber marixuana biznesi ilə məşğul olmaq qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 27 yaşlı müğənni yeni ticarət markasına son albomunda yer alan "Peaches" musiqisinin adını verəcək.  

Bu məqsədlə müğənni ABŞ-ın marixuana istehsal edən "Palms" şirkəti ilə əməkdaşlıq edəcək.

Artıq müğənni bu xəbəri şərh də edib.

"Mən "Palms"ın fanatıyam. Onlar marixuananı əlçatan etməklə marixuana damğasını dağıdırlar. Bir çox insan öz psixi sağlamlığının yaxşılaşması üçün marixuanadan istifadə edir", - deyə Castin Biber vurğulayıb.

Milli.Az


Etiketlər:  müğənni marixuana biznesi ilə məşğul olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ