Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müsəlman həmrəyliyi adı ilə erməni eşqi - Tehran əsl simasını göstərdi

Müsəlman həmrəyliyi adı ilə erməni eşqi - Tehran əsl simasını göstərdi

Tarix: 6 Oktyabr 2021 11:32

Azərbaycan 44 günlük İkinci Qarabağ Müharibəsi ilə bəşər tarixinin ən böyük ədalətsizliklərindən birinə son qoydu.

30 il işğal altında olan torpaqlarını azad etməklə Azərbaycan milyonlarla soydaşına doğma torpaqlarına qayıtmaq şansını qazandırdı. Dostlar sevindi, düşmənlər isə məğlub Ermənistan kimi yasa batdı. Həmin günlərdə kimin dost dövlət, düşmən ölkə olduğu bütün çılpaqlığı ilə üzə çıxdı. Müsəlman birliyindən daim dəm vuran, yeri gəldi-gəlmədi Azərbaycanı Fələstin probleminə biganə yanaşmaqda ittiham edənlərin səsi çıxmadı. Halbuki Azərbaycan dəfələrlə Fələstin xalqına müxtəlif humanitar yardımlar göstərməsi, problemin beynəlxalq normalar prinsipi ilə həllini qabardıb.

Qonşu İranın da həmin günlərdə hərəkəti və tutduğu mövqe hər kəsin yadındadır. 30 il bundan öncə Azərbaycan torpaları işğal olunanda susmağa üstünlük verən qonşu dövlət düşmən ölkə bu illər ərzində Ermənistan üçün "nəfəslik" rolunu oynadığı faktdır və hər iki tərəf də bunu ən yüksək səviyyədə bəyan edib.

Azərbaycanın qələbəsini həzm edə bilməyən qonşu İran son günlər təxribat xarakterli açıqlamalar və hərəkətləri ilə yenə gündəmə gəlib. Bu azmış kimi qonşu Azərbaycana qarşı təcavüzə yol verən Ermənistana hərtərəfli yardımlarını da davam etdirir. Humanitar yardım adı altında İrandan Ermənistan vasitəsilə Qarabağa göndərilən həmin yük maşınlarında əslində humanitar yardım deyil, silah, hərbi vasitələr daşınması da istisna deyil. Əslində göndərilən bitum və digər yanacaq məhsulları da strateji məhsullar sayılır. Azərbaycanın qanunlarına tabe olmayan və hələ də separatçılıqdan əl çəkməyən ermənilərin dirçəldilməsi üçün addımlar atılırsa, o məhsulun nə təyinatlı olmasının o qədər də əhəmiyyəti yoxdur. Fakt budur ki, Azərbaycan qanunları pozulur, Azərbaycanın razılığı olmadan onun ərazisinə başqa bir ölkə yük göndərir. Özü də həmin yüklər separatçılara göndərilir.

Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və bir çox müsəlman ölkələri Qarabağı işğal etdiyinə görə İrəvanla əlaqələr qurulmasından imtina etdiyi bir vaxtda adını İslam Respublikası qoyan İran Ermənistanı özünə yaxın dövlət hesab etdiyini dəfələrlə bəyan edib. Sanki işğala məruz qalan Azərbaycan yox, Ermənistandır. Məscidləri donuz fermasına çevirən, Xocalıda müsəlmanları qətlə yetirən bir dövləti necə dost və qardaş ölkə adlandırmaq olar? İran kimlə istəsə münasibət qura, dost ola bilər. Bu onun daxili işidir.  Lakin əgər belədirsə, onda müsəlman həmrəyliyindən danışmasın. Ermənilər özləri etiraf edirlər ki, 90-cı illərdə Ermənistanın yeni müstəqil olduğu dövrdə, İran olmasaydı, Ermənistan bir dövlət kimi mövcud olmayacaqdı.

Ermənistan İrana həyatı əhəmiyyətli heç bir məhsul satmır və sata da bilməz. Ermənistan və İranı nə din, nə dil, nə ədəbiyyat, nə də tarixi əlaqələr bağlayır. İran, sadəcə, bu dövlətdən Azərbaycan əleyhinə addımlarında yararlanır. Məsələ ondadır ki, İranın demək olar ki, bütün müsəlman qonşuları ilə münasibəti bərbaddır.

Məsələ ondadır ki, 44 günlük savaş nəticəsində diz çökən Ermənistanın beynəlxalq əlaqələri də sarsılıb. İrəvanı bu böhrandan çıxardan yeganə ölkə yenə də məhz İrandır. Əslində, Ermənistan İran üçün əhəmiyyətli fiqur olmalı deyil. Heç bir müstəvidə İrəvan Tehran üçün cəlbedici tərəfdaş sayılmır.

Azər NURİYEV


Etiketlər:  Müsəlman həmrəyliyi adı ilə erməni eşqi Tehran əsl simasını göstərdi


RƏYLƏR