Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2019 18:39
Bakı. Ləman Zeynalova - Trend:
2020-ci ilin birinci rübündə Bakı-Tbilisi-Qars dəmir yolu üçün daha 10 vaqonun gətirilməsi gözlənilir.
Bunu Trend-ə İsveçrənin “Stadler Rail Group” şirkətindən bildiriblər.
Məlumata əsasən, həmin vaqonlar hazırda Minskdəki zavodda istehsal olunur.
Qeyd edək ki, daha əvvəl “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşımaları üçün yeni vaqonların gətiriləcəyini bildirmişdi.
Bu ilin əvvəlində Azərbaycanda “Stadler” şirkətinin yeni vaqonları gətirilmişdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin