Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2021 07:36
Pakistanda 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Kvetta şəhərindən 102 km şimal-şərqdə, Harnai şəhərindən 14 kilometr şimal-şərqdə, ocağı isə 20,8 kilometr dərinlikdə yerləşib.
Bəlucistan əyalətində baş verən zəlzələ nəticəsində azı 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.