Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycandan tarixi torpaqları ilə bağlı VACİB ADDIM - Zəngəzur mübahisəsiz ...

Azərbaycandan tarixi torpaqları ilə bağlı VACİB ADDIM - Zəngəzur mübahisəsiz ...

Tarix: 7 Oktyabr 2021 16:39

""Müstəqillik Günü haqqında" qanun layihəsində dəyişiklik edilməsi iə bağlı təşəbbüs çox yerində atılmış addımdır. Çünki bu vaxta kimi 28 Mayı "Respublika günü" kimi qeyd edirdik, amma o da tam yanlış deyildi, ancaq eyni zamanda tam da doğru deyildi".

Bunu Sonxeber.net-a açıqlamasında tarix elmleri doktoru, professor Qabil Əliyev deyib.

Tarixçi bildirib ki, İrəvan Quberniyasının əhalisinin böyük əksəriyyəti azərbaycanlılar olublar:

"Bəli, Çar Rusiyasının dövründən üzü bəri müstəmləkə əsarətində idik, 1917-ci ildən də Müvqqəti Hökümət, Cənubi Qafqaz Komisarlığı Seymi dönəmindən keçdik. 1918-cilin 28 May tarixində biz müstəqillik qazandıq. İndi 28 Mayın Müstəqillik kimi qeyd edilməsi barədə qanunda dəyişiklik edilməsi ilə bağlı təşəbbüs tam doğru addımdır. Beləliklə əvvəlki yanlışı düzəltmiş olacağıq. 

1991-ci il 18 oktyabr tarixi həqiqətən də Müstəqilliyimizi Bərpası Günüdür. Çünki 1921-ci il 27 apreldə Sovet Rusiyasının XI Qızıl Ordusunun müdaxiləsi nəticəsində Azərbaycanın müstəqilliyinə son qoymuşdu. Biz də 70 ilə yaxın Sovet hakimiyyətinin işğalı altında olduq. Artıq bu dəfə bolşevik imperiyasının tərkibində idik. 1991-ci ilin 18 oktyabrında o müstəqilliyimiz bərpa olundu. Ona görə də 18 ktyabrın "Müstəqilliyin Bərpası Günü" adlanması təşəbbüsü məntiqi və doğru addımdır. 

1918-ci il Mayın 28-də biz müstəqilliyimizi elan edəndə Bakı Quberniyası bütünlüklə, Gəncə Quberniyası (köhnə adı Yelizavetpol - red) bütünlüklə, Zaqatala Dairəsi bütünlüklə, İrəvan Quberniyasının da əhəmiyyətli bir hissəsi - Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası olmaqla Azərbaycanın mübahisəsiz torpağı sayılırdı. Bu ərazilərin Azərbaycanın tərkibində olması ilə 114 min km/kv əraziyə sahib idik. 

Sonra Versal Sülh Konfransında da bu məsələni qaldıranda ki, azərbaycanlılar bu ərazilərdə mütləq əksəiyyət təşkil edir və buranın əhalisi də özünü  Azərbaycanın tərkib hissəsi sayır, ona görə bunlar Azərbaycandır. Sonra, Ermənistan ərazisində Eçmiədzin qəzası, Göyçə mahalı var ki, o vaxt "Nova Bəyazid" adlanırdı (Osmanlıdan köçüb gələnləri o ərazidə yerləşdirklərinə görə belə adlanırdı-red), o bölgələrdə də azərbaycanlı əhali üstünlük təşkil edirdi və həmin ərazilərlə bağlı biz deyirdik ki, mübahisəlidir. Tələb edirdik ki, "Əhalisinin əhəmiyyətli hissəsi azərbaycanlılar idi, onlar da beynəxalq arbitr tərəfindən müəyyən edilsin - Ermənistanda qalırsa azərbaycanlı əhaliyə geniş hüquqlar (din, dil məsələlərində) verilsin, ya da Azərbaycana verilsin. Azərbaycanlı əhali o ərazilərdə çoxluq təşkil etdiyi üçün bu məsələ mübahisəli hesab edilir". 

Zəngəzur o vaxtı Gəncə Quberniyasının (Yelizavetpol) tərkib hissəsi idi. Azərbaycan nə Zəngəzuru, nə Qarabağı mübahisə obyekti saymırdı, eləcə də İrəvan Quberniyası, Şərur-Dərələyəz qəzasını. Bakı və Gəncə Quberniyası Azərbaycan Xalq Cümhuriyyəti (AXC - 28 may 1918) yaradılan vaxt Azərbaycanın mübahisəsiz ərazisi idi". 

Təhməz Əsədov


Etiketlər:  Azərbaycandan tarixi torpaqları ilə bağlı VACİB ADDIM Zəngəzur mübahisəsiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ