Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2019 22:00
"Barselona"nın futbolçusu Lionel Messi zədəsini sağaldıb.
Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, 32 yaşlı hücumçu komandasının bu gün axşam keçirilən ümumi məşqində iştirak edib. Onun böyük ehtimalla La Liqanın 2-ci turunda "Betis"lə matçda oynayacağı bildirilib.
Qeyd edək ki, Messi zədə səbəbindən ölkə çempionatının ilk turunda "Atletik"lə görüşü buraxmışdı.
Əlavə edək ki, "Barselona" - "Betis" oyunu avqustun 25-i keçiriləcək.