Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tibbi kadr çatışmazlığı: Fövqəladə vəziyyət elan edildi

Tibbi kadr çatışmazlığı: Fövqəladə vəziyyət elan edildi

Tarix: 8 Oktyabr 2021 09:20

Latviya Dövlət Operativ Tibbi Komissiyası koronavirus səbəbiylə respublikanın səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qeyd olunur ki, fövqəladə vəziyyət elan edilməsi ölkənin hər yerindəki xəstəxanalara COVID-19 xəstələrinə kömək üçün resurslarından sərbəst şəkildə istifadəyə imkan yaradacaq.

Latviyanın səhiyyə naziri Daniel Pavluts xəstəxanalarda tibbi kadr çatışmazlığının olduğunu deyib:

"Əlavə avadanlıq gətirə bilərik, ancaq bu avadanlıqla işləyə biləcək insanların sayını artıra bilmərik".

Pavluts əlavə edib ki, ölkə hakimiyyəti xəstələrin müalicəsi üçün beynəlxalq yardım istəmək imkanını nəzərdən keçirir. O, Latviyada COVID-19 xəstələrinin müalicəsi üçün böyük sahə xəstəxanasının yerləşdirilə biləcəyini də etiraf edib.

Milli.Az


Etiketlər:  Tibbi kadr çatışmazlığı Fövqəladə vəziyyət elan edildi


RƏYLƏR