Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı məhsulların tərkibində sink var?

Hansı məhsulların tərkibində sink var?

Tarix: 9 Oktyabr 2021 08:06

Sink - orqanizm üçün çox vacib mikroelementlərdən biridir. Xüsusilə o, qadın orqanizmi üçün vacibdir.

Parlaq saçlar, möhkəm və hamar dırnaqlar, təravətli dəri üçün bu mikroelement əvəzsizdir. Məhz bu səbəbdən bir çox kosmetik vasitələrin tərkib hissəsinə sink daxildir. Hətta qədim zamanlarad da  sinktərkibli məhsul və maddələri kosmetik məqdsədlərlə istifadə edirdilər. Ən populyar olan mirvaridir ki, onun xırdalanmış tozunu  indikii dövrdə də bir çox kosmetik vasitələrin tərkibinə əlavə edirlər.

Ümumilikdə isə gözəllik və sağlamlığı qorumaq üçün sink tərkibli məhsulları rasionunuza daxil etmək məsləhət görülür. Xüsusilə bu yay ayları üçün mütləq sayılır, çünki sink bədəndən tərlə xaric olunur.

Beləliklə, hansı məhsullardan sink əldə edə bilərik?

Dəniz məhsulları - delikates sayılan omar(dəniz xərçəngi), krab, kalmar, krevet və s. kimii məhsulların tərkibi sink ilə çox zəngindir. Həmçinin sink, bütün balıq növlərində(dəniz və çay )də çoxdur. Həftədə ən az 2 dəfə balıq və ya dəniz məhsulları istifadə etməklə, siz, orqanizmin sinkə olan ehtiyacını ödəmiş olacaqsınız.

Balqabaq və günəbaxan tumları nın tərkibində də həmçinin bu mikroelemen lazımı qədər sayılır. Lakin, əsasən xanımlar, bu məhsulun kalori sayını nəzərə alıb təmamilə onu rasionundan çıxardır. Həftədə 2-3 dəfə sadəcə bir ovuc  tum yeməklə sink ehtiyacınzı tamamlaya bilərsiniz. Unutmayın tumun tərkibində müxtəlif xeyirli maddələr var.

Qoz-fındıq, xüsusilə qoz bu mikroelementlə çox zəngin sayılır.Qoz həmçinin aclıq hissini öldürür və bütün bədən hüceyrələrini müxtəlif xeyirli mikroelemtlərlə təmin edir.

Həmçinin hər gün istifadə etdiyimiz meyvə və tərəvəzlər də bu elemtlə zəngindir. Bunlardan: kök, kartof, kələm, gül kələm, brokkoli, alma, armud və albalı sayılır. Sink defisitinin olmaması üçün bu məhsullar gündəlik rasiona mütləq şəkildə daxil edilməlidirlər.

Bu mikroelement xüsusən uşaqların inkişafı və yaşlı insanların hal əhvalı və sağlmalığında özünü göstərir. Unutmayın ki, bu mikroelementə olan ehtiyac norması hamiləlik, stress və ya fiziki yüklənmə zamanı artır. Sink çatışmazlığı olduqda immun sistem zəifləyir və müxtəlif xəstəliklər üçün şərait yaranır.

Orqanizmdə sink çatışmazlığının ilk simptomları:

- iştahın azalması

- yaddaşın zəifləməsi

- narahat yuxu

- saç və dırnaqların kövrəkliyi

- görmə qabiliyyətinin zəifləməsi

- dəri problemləri

- həzm sistemində problemlər.

Sonda isə unutmayın ki, hər bir məhsul,vitamin və  mikroelementin qəbulu normada olmalıdır, çünki xeyirli məhsullar da normadan çox olduqda orqanizm üçün ziyanlı ola  bilərlər.


Etiketlər:  Hansı məhsulların tərkibində sink


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ