Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2021 15:38
K-77M - dünyanın ən təsirli "hava-hava" raketi ola bilər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Military Watch" hərbi xəbər portalındakı məqalədə deyilir.
Məqalədə Su-57 qırıcısı üçün xüsusi olaraq hazırlanmış K-77M hava-hava raketinin uçuş məsafəsinin 190 kilometrdən çox olduğu və bununla da Rusiya təyyarəsinin qərbli rəqiblərinə qarşı üstünlük qazandığı bildirilir.
Həmçinin K-77M-in Rusiyanın raket üstünlüyünün bərpasında və Rusiya Hərbi
Hava Qüvvələrinin ABŞ-ın AIM-260 kimi yeni nəsil raket təhdidlərinə qarşı müqavimətində əsas rol oynaya biləcəyi vurğulanıb.