Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Universitetinin tələbələri beynəlxalq PTE sertifikatı alıb (FOTO)

Azərbaycan Universitetinin tələbələri beynəlxalq PTE sertifikatı alıb (FOTO)

Tarix: 22 Avqust 2019 11:04

Bakı. Trend:

Azərbaycan Universitetinin üç tələbə və bir məzunu PTE (Pearson Test of English) imtahanlarında müvəffəqiyyət əldə edərək beynəlxalq dil sertifikatının “Upper-intermediate” (level 3) səviyyəsini təmin edib. İmtahan yazılı və danışıq olmaqla iki hissədən ibarət olub.

İmtahanda keçən il “Intermediate” səviyyəsi üzrə sertifikat əldə edən və növbəti pillə üçün təlimlərə cəlb olunan 8 tələbə iştirak edib. Onlardan 4-ü bir üst səviyyəyə - “Upper-intermediate” səviyyəsinə keçməyə nail olub. Əldə olunan göstərici beynəlxalq imtahanların ekvivalentliyi üzrə B2= IELTS 5-6.5 və ya TOEFL 87-109-ə bərabərdir. Təlimlərin və imtahanın xərcləri Azərbaycan Universiteti tərəfindən qarşılanıb.

Uğurlu tələbələr Biznes və iqtisadiyyat fakültəsinin tələbələri Elmixan Əliyev (Maliyyə, IV kurs), Nicat Zeynalov (Maliyyə, IV kurs), Humanitar fənlər fakültəsinin tələbəsi İslam Şirəliyev (Tərcümə, ingilis dili, III kurs), uğurlu məzun isə Əfsanə İsmayılovadır. O, universiteti 2019-cu ildə Maliyyə ixtisası üzrə bitirib. İmtahan iştirakçıları ilə müqayisədə yüksək nəticə göstərən Elmixan Əliyev daha üstün sertifikatla (Pass with merit) təltif olunub.

Beynəlxalq sertifikatların geniş karyera imkanlarını, daxili və xarici əmək bazarında qazandırdığı üstünlükləri nəzərə alan Azərbaycan Universiteti öz tələbələrinə bu sertifikatları əldə etmək üçün geniş imkanlar yaradır. PTE (Pearson Test of English) IELTS və TOEFL ilə yanaşı ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biri olub, bir-biri ilə sıx bağlı 6 pillədən ibarətdir.

Qeyd edək ki, Azərbaycan Universiteti PTE-nin imtahan alt mərkəzi kimi təsdiq olunub. Universitetin bu sertifikatın təlimlərini və imtahanlarını təşkil etmək hüququ var.

Azərbaycan Universitetinin tələbələri beynəlxalq PTE sertifikatı alıb (FOTO) Azərbaycan Universitetinin tələbələri beynəlxalq PTE sertifikatı alıb (FOTO) Azərbaycan Universitetinin tələbələri beynəlxalq PTE sertifikatı alıb (FOTO) Azərbaycan Universitetinin tələbələri beynəlxalq PTE sertifikatı alıb (FOTO)


Etiketlər:  Azərbaycan Universitetinin tələbələri beynəlxalq PTE sertifikatı alıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ