Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2021 23:28
İndoneziyada valideynlər 3 ildir uşaqlarına doğum haqqında şəhadətnamə ala bilmirlər.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb uşağın uzun adının olmasıdır. Belə ki, bu il 3 yaşı tamam olan uşağın adı Ranqta Madhipa Sutra Civa Kordoseqa Akre Ashala Moğul İlhanat Əkbər Sahara Pi-Tarix Ziyad Şayfudin Kutuz Xoşala Sura Talentdir. Ana-atası onu qısaca Kordo deyə çağırırlar.
Uşağın atası Arifin sözlərinə görə, bu adı islam sivilizasiyası ilə bağlı olduğu üçün oğullarına veriblər: "Onun qlobal bir dünyagörüşü və xəyallarını həyata keçirmə gücü olacaq",
Problemi həll etmək üçün onlar İndoneziya prezidentinə məktubla müraciət ediblər. Belə ki, uşaq 2023-cü ildə birinci sinfə getməlidir və şəhadətnamə olmadan məktəbə qəbul edilməyəcək.