Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın baş prokuroru ermənilərə dəstək verir?

İranın baş prokuroru ermənilərə dəstək verir?

Tarix: 12 Oktyabr 2021 22:38

"İran sərhədlərinin yaxınlığında terrorçuların mövcudluğuna dözmək niyyətində deyil".

Sonxeber.net bildirir ki, İranın baş prokuroru, Ermənistanda rəsmi səfərdə olan Məhəmməd Cəfər Müntəziri belə deyib.

O, İrəvanda Ermənistanın baş prokuroru Artur Davtyanla danışıqlar aparıb. A.Davtyan Ermənistanla İran arasındakı əlaqələrin tarixindən danışıb, Tehranın İrandakı erməni irsinə xüsusi diqqətini vurğulayıb.

Müntəhiri isə "regional sülhə və təhlükəsizliyə yönəlmiş hazırkı təhdidlərin aradan qaldırılmasının vacibliyi"ni vurğulayıb.

Tərəflər narkotrafiklə və qanunsuz miqrasiya ilə mübarizə, gömrük nəzarəti və s. məsələləri də müzakirə ediblər.

İranın baş prokurorunun hansı "terrorçu"lardan bəhs etməsi bəlli deyil. O, İrəvanda danışıqlar aparanda yaxşı olardı ki, Ermənistanın terroru dövlət siyasəti həddinə yüksəltməsindən, qonşu dövlətlərə qarşı fasiləsiz təxribatlar həyata keçirməsindən bəhs etməklə yanaşı, İrandan Azərbaycana narkotrafikin səngiməməsini də etiraf edəydi.

Yoxsa cənab Müntəziri ermənilərə dəstək verir?


Etiketlər:  İranın baş prokuroru ermənilərə dəstək verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ