Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2021 16:50
"Müstəqil sevmək, sevilmək, sevgi nədir heç bilmədim, yaşamadım da. Valideynlərim icazə vermirdi ki, məni istəyən hansısa oğlanla görüşüm. Belə şeylər yaşamamışam. Heç kimi yaxınıma buraxmırdım, ürkək idim".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nuriyyə Hüseynova "Üzə-düz" verilişində deyib. Muğam ifaçısı şəxsi həyatından danışıb. O bildirib ki, həyat yoldaşına ailəsinin istəyiylə ərə gedib:
"Təhsil aldığım dönəmlərdə mənə çox elçilər gəlirdi. Düşünmüşəm ki, hər zaman diqqətli olmalıyam. İndi oğlum hərbi həkimdir. Bir gün axşam evə gəldi ki, ana, sabah Qarabağa gedirəm. Müharibədən 15 gün keçirdi. O dönəm hamımız üçün həssas idi. İndi vaxt da yaxınlaşdıqca, biz o şeyləri yaşayırıq. Hər kəsin balası da mənim balamdır. Orada vuruşur, döyüşür, yaralanır. Dedi, ana, getməliyəm, çünki onları Bakıya gətirincə, gec olur. Əşyalarını toplayıb mən onu yola salanda onun balalarının dalınca ağlamağı heç vaxt yadımdan çıxmaz. Getdi orada çox işlər gördü. Fəxr edirəm ki, oğlum kimisə həyata qaytara bilib. Bu, onun məsləyi idi. Hadrutda, Füzulidə, Cəbrayılda işlədi, ən son işi oldu Laçında. Ayağını sındırıb gəlmişdi, 1 ay evdə qaldı".