Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 14:28
"Yüksəliş" müsabiqəsinin imtahanında 70 iştirakçının zəhərlənməsinə görə ittiham edilən Tamilla Sadıxovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ilə "Super Servis Keyterinqi" MMC-nin rəhbəri T.Sadıxova 2 min manat cərimə edilib.
Müsabiqənin imtahanda yeməkləri təmin edən şirkət rəhbəri Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə ittiham olunub.
Qeyd edək ki, hadisə zamanı texniki heyət, işçi qrupun üzvləri və müsabiqə iştirakçıları arasında 70 nəfər qidadan zəhərlənmişdi. T. Sadıxova mərhum Xalq artisti Hüseynağa Sadıqovun qızıdır.