Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2021 16:20
Türkiyənin tanınmış aktrisası, model Dəfnə Samyelinin sürücülük hüququ müvəqqəti əlindən alınıb.
Sonxeber.net xəbər verir ki, buna səbəb onun sərxoş vəziyyətdə avtomobil idarə etməsidir. Polislər aktrisanın idarə etdiyi avtomobili saxlayaraq, modelin test verməsini istəyiblər. Yoxlanış zamanı onun nəzərdə tutulduğundan çox spirtli içki qəbul etdiyi üzə çıxıb.
Məlumata görə, 49 yaşlı musiqiçi, əyləncə məkanındakı ifasından sonra sərxoş olmasına baxmayaraq sükan arxasına keçib. Polislər həmçinin ona pul cəzası da tətbiq edib.