Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən zənginləri burada yaşayır - FOTOlar

Dünyanın ən zənginləri burada yaşayır - FOTOlar

Tarix: 29 Oktyabr 2021 15:34

Sahəsi ilə dünyanın ən böyük ölkəsi olan Rusiya tarixi və təbii gözəllikləri ilə turistlərin tez-tez ziyarət etdiyi ölkələr sırasındadır. Fərqli mədəni xüsusiyyətləri ilə zəngin rəngarənglik yaradan ölkə haqqında az bilinən məqamlar da var.

Milli.Az lent.az-a istinadən həmin məqamlara nəzər salacaq.

Rusiyanın paytaxtı Moskva milyarder paytaxtdır. Ən çox milyarderin olduğu şəhərlərin reytinqində Moskva 4-cü yerdədir. Bu şəhərdə Rusiya milyarderlərinin 79 faizi yaşayır.

Rusiyada pişiklərin "ödənişli" işi var. Düz oxuyursunuz, işləyirlər və çox hörmət görürlər. Ermitaj muzeyi Rusiyanın milli sərvətidir. Muzeydə 3 milyondan çox sənət əsəri var. Pişiklər isə bu muzeyin qarşısında keşik çəkirlər. Pişiklər qiymətli sənət əsərlərini siçanlardan qoruyur. Bu vəzifələrinə görə onlara bütün işçilər tərəfindən böyük diqqət göstərilir. Pişiklərin hətta fotoşəkili olan pasportu var.

Sərt qış günlərindən sağ çıxmaq üçün sahibsiz itlər metro stansiyaları və dayanacaqların yerini çox yaxşı bilirlər. Bu ölkədə bir itin metrodan düşdüyünü, digərinin metroya mindiyini görmək olar.

Trans-Sibir dünyanın ən uzun dəmir yolu xətti olması ilə fərqlənir. Onun uzunluğu 9289 metrdir. Bütün dəmir yolunu görmək istəyirsinizsə, qatarda 1 həftə vaxt sərf etməlisiniz.

Rusiyada kişi və qadın əhalisi arasında böyük fərq var. Qadınlar kişilərdən təxminən 10 milyon çoxdur.

Kreml dünyanın ən ikonik binalarından biridir. Qırmızı Meydanda yerləşən bu möhtəşəm bina Rusiyanın əsl simvoludur. Kremldə beş saray və dörd kafedral var. 67 hektarlıq saray dünyanın ən böyük aktiv orta əsr qalasıdır.

Rusların çoxlu xurafatları var. Onlardan biri, yeni evə ilk girənin öləcəyinə inanmalarıdır.

Bu səbəbdən də yeni ev tikilən zaman 9 canlı heyvan kimi tanınan pişikləri ilk dəfə evə salırlar. Əgər pişik evə girməkdən imtina edərsə, onu söküb başqa yerdə tikirlər.

Milli.Az


Etiketlər:  Dünyanın zənginləri burada yaşayır FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ