Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ kəşfiyyatı koronavirusun mənbəyi ilə bağlı hesabatını yayıb

ABŞ kəşfiyyatı koronavirusun mənbəyi ilə bağlı hesabatını yayıb

Tarix: 30 Oktyabr 2021 14:00

ABŞ-ın 18 kəşfiyyət idarəsi koronavirusun mənşəyilə bağlı birgə hesabat yayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hesabatda bildirilir ki, kəşfiyyat qurumlarının əksəriyyəti koronavirusun bioloji silah kimi yaradılmadığı qənaətindədir.

Yalnız bir idarə ölümcül virusun öncədən silah qismində yaradıldığını və qəza nəticəsində Uxan laboratoriyasından yayıldığını ehtimal edir. Lakin bunu qəti şəkildə demək üçün dəlillərin kifayət qədər olmadığı vurğulanır.

Qeyd edək ki, hesabatın hazırlanmasında Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqatlar Bürosunun (FBI) əkskəşfiyyat idarəsi, Milli Təhlükəsizlik Agentliyi (NSA), Pentaqon, Dövlət Departamenti, eləcə də digər nazirliklərin müvafiq strukturları iştirak edib.


Etiketlər:  ABŞ kəşfiyyatı koronavirusun mənbəyi ilə bağlı hesabatını yayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ