Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2019 12:04
ABŞ-ın “Apple” korporasiyası sentyabrda üç yeni “iPhone” smartfonunu təqdim edəcək. Bu haqda öz mənbələrinə istinadən “Bloomberg” dərgisi yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, üç yeni smartfonun “Pro iPhone” adlandırılacağı gözlənilir. Aparatlar geniş baxış bucağına malik əlavə kamera və daha güclü “A13” prosessoru ilə təchiz ediləcək. Bundan başqa, yeni cihazlarda “Face ID” sistemi təkmilləşdiriləcək, su buraxmamaq qabiliyyəti yüksəldiləcək və OLED displey yenilənəcək. Ancaq yeni aparatlar 5G standartını dəstəklməyəcək.
Məlumata görə, yeni smartfonlar “iPhone XS”, “iPhone XS Max” və “iPhone XR”i əvəz edəcək.
Bundan başqa, şirkət 16 düymlük ekranla təchiz edilmiş yenilənmiş “MacBook Pro”, həmçinin təkmilləşdirilmiş fotokamera və daha güclü prosessora malik yeni “iPad Pro” planşetlərini təqdim edəcək.
Emil Hüseynov