Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanda bələdiyyə seçkilərinin 2-ci turu başa çatıb

Gürcüstanda bələdiyyə seçkilərinin 2-ci turu başa çatıb

Tarix: 30 Oktyabr 2021 22:04

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına bu gün keçirilmiş seçkilərin ikinci mərhələsində seçici fəallığı 49,09 % təşkil edib.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata əsasən, Gürcüstan üzrə 1 025 406 seçici səsvermə hüququndan istifadə edib.

Tbilisidə isə seçicilərin fəallığı 47,7 % olub.

Qeyd edək ki, seçkilərin ilk turu oktyabrın 2-də baş tutub və seçici fəallığı 51,92 %-ə bərabər olub.

Milli.Az


Etiketlər:  Gürcüstanda bələdiyyə seçkilərinin 2 ci turu başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ