Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 22:24
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 203 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 344 163 nəfər test edilib, onların 23 096-nun koronavirus testi pozitiv nəticə verib. 28 632 nəfər müalicə olunaraq sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 116 210 213 peyvənd tətbiq edilib ki, bunun 89,21 faizi birinci, 78,32 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.