Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2021 10:06
"Boston Dynamics" mütəmadi olaraq öz robotlarının imkanlarını nümayiş edir. Bu dəfə "Spot" adlı robot-it yeni rəqs nömrəsi sərgiləyib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bununla bağlı yayımlanan kadrlarda "Spot"un əfsanəvi "The Rolling Stones" qrupunun 1981-ci ildə yayımlanan "Start Me Up" klipindəki hərəkətləri təkrarladığı görünür.
Qeyd edək ki, "Boston Dynamics" şirkətinin əsası 1992-ci ildə qoyulub. Şirkət insanlara və heyvanlara məxsus hərəkətlər edən robotlar hazırlamaq üzrə ixtisaslaşıb.