Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2021 17:15
Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq.
Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsaq problemlərini və qəbizliyi aradan qaldırır. Yorğunluqdan, halsızlıqdan sizi xilas edəcək.
Kalorisi az olduğu üçün pəhriz saxlayanlar yeyə bilər. Çin həkimləri araşdırma apararaq öyrəniblər ki, innab həm də xərçəng riskini azaldır. Eyni zamanda şəkər xəstələri üçün xeyirdir. Tərkibində maqnezium zəngin olduğu üçün sümük ağrılarını aradan qaldırır.
C vitamini və antioksidantla zəngin olduğu üçün dəriyə də təravət verir.
İnnabı çayla birlikdə də yeyə bilərsiniz.