Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 11:38
"Türkiyə Prezidenti və Xarici Işlər naziri faktiki olaraq Ermənistan-Türkiyə arasında həyata keçirilən gizli danışıqlara eyham vurdular, bizim hakimiyyət isə bu faktı aylarla təkzib etdi. Ərdoğan işğal olunmuş Kövsakanda(Zəngilan-S.L.) bildirdi ki, İrəvanla Ankara arasında münasibətlərin qurulmasının ilkin şərti hərtərəfli Ermənistan-Azərbaycan razılaşmasıdır. Çavuşoğlu isə əlavə etdi ki, Türkiyə İrəvanla Bakı arasında "sülhə hazırlıq" prosesini koordinasiya etməyə hazırlaşır".
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bunu "Armnews" telekanalının şərhçisi David Sarkisyan "Ermənistanın səsi" nəşrindəki məqaləsində yazıb.
"Türkiyə dönməz şəkildə Rusiyanın Cənubi Qafqazdakı təsir zonasına və ya Qərbdə deyildiyi kimi, məsuliyyət zonasına soxulub... Bu gün obyektiv reallıq ondan ibarətdir ki, Ermənistanla sərhəddə hərbi qüvvələrini və Qarabağda sülhməramlı qüvvələrini yerləşdirən Rusiyadan başqa istənilən digər ölkə, o cümlədən ATƏT-in Minsk Qrupunun digər iki həmsədri (ABŞ və Fransa) Ermənistan-Azərbaycan sərhədində və ya Qarabağda qoşun yerləşdirməyə tamamilə hazır deyil. Əks halda təxminən 6 ay əvvəl Nikol Paşinyan tərəfindən səslənən gəlib sərhədimizdə dayanmaq çağırışına, bir dənə də olsun, cavab verilərdi"- D.Sarkisyan daha sonra deyir.
"...Ənənəvi olaraq bu bölgədə Türkiyənin iştahını cilovlayan və düşmənçilik törədəcəyi təqdirdə onu hədələyən dövlət Rusiya Federasiyası idi. Rusiya kontingenti Ermənistanı tərk edərsə, burada türk qoşunları yerləşdiriləcək, başqa variant görünmür. Yalnız onu başa düşmək qalır ki, nədən 44 günlük müharibədə Rusiyanın vasitəçilik missiyaları mütəmadi olaraq uğursuzluğa düçar oldu və döyüşlər yalnız Azərbaycana əlverişli coğrafi şəraitdə dayandırıldı?" -deyə erməni şərhçi sonda sual edir.