Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Jirinovski yenə sərsəmlədi - Türkiyəni xəyanətdə ittiham etdi

Jirinovski yenə sərsəmlədi - Türkiyəni xəyanətdə ittiham etdi

Tarix: 1 Noyabr 2021 14:34

"Türkiyə həmişə yalnız öz milli maraqlarınından çıxış edərək bizi müdafiə edib, hər yerdə Rusiyaya "pislik" etməyə çalışıb".

Milli.Az xəbər verir ki, bu sözləri LDPR sədri Vladimir Jirinovski deyib.  URA.RU Telegram kanalı xəbər verir ki, deputat "Türkiyə "daim hamıya xəyanət edir" deyib. O qeyd edib ki, ölkədə türk millətçiliyi ideologiyası formalaşıb. Jirinovski deyib ki, Ankara "xəncəri Rusiyanın kürəyinə saplamaq üçün arxasında gizlənir". "Onlar hamı ilə döyüşür, hamı ilə mübahisə edir və bizə hər yerdə - Liviyada, Krımda, Qarabağda, Azərbaycanda əks gedir. İndi isə onlar Donbasda Rusiya vətəndaşlarını hədəfə alan pilotsuz təyyarələri Ukraynaya verirlər", - deyə deputat bildirib.

Kamran Seyidov
Milli.Az


Etiketlər:  Jirinovski yenə sərsəmlədi Türkiyəni xəyanətdə ittiham etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ