Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid Əmrah Bayramovun anım günü idi - VİDEO

Şəhid Əmrah Bayramovun anım günü idi - VİDEO

Tarix: 1 Noyabr 2021 16:14

O, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub

Yanvarın 18-i, 2001-ci ildə Neftçalanın Bankə qəsəbəsində dünyaya gələn Əmrah Bayramovun anım günündən 1 il ötür.

Milli.Az RealTV-yə istinadən xəbər verir ki, uşaq yaşlarından musiqiyə hədsiz bağlı olan Əmrah özünün həyat dolu replərini yazmaqdan da qalmayıb. Ətrafdakılara şən zarafatları ilə həmişə müsbət təssüratlar bəxş edən şəhidimiz elə artıq azad olunan Füzuli torpağını da qucaqlayıb şəhid olanda üzündə təbəssüm olub.

O, xidmətinə Bakının Pirəkəşkül qəsəbəsində başlayıb, 2019-cu il sentyabr ayından başlayaraq 769 nömrəli hərbi hissədə hərbi xidmətini davam etdirib. Yaxşı atıcı kimi yetişib. Əmrah 2-ci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrdə heyət nəfəri atıcı vəzifəsində iştirak edib. Düşmənə nifrətli sərrastlığı ilə neçə işğalçını birbaşa məhv edib. Oktyabrın 4-də Cəbrayıl uğrunda gedən döyüşlərdə və xüsusilə 13-cü postun alınmasında qəhrəmanlığı ilə fərqlənib. 2020-ci ilin 9 0ktyabrında Fizili döyüşlərində qəhrəmancasına şəhid olub. Oktyabrın 30-da isə doğulduğu qəsəbədə dəfn edilib.

Əmrah Bayramov şəhid olduqdan sonra "Vətən uğrunda", "Cəbrayılın" və "Fizulinin azad edilməsi"uğrunda medalları ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Şəhid Əmrah Bayramovun anım günü idi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ