Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 23:44
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 217 nəfər dünyasını dəyişib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 356 643 nəfər test edilib, onların 28 678-nin koronavirus testi pozitiv nəticə verib, 29 296 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 116 486 234 peyvənd tətbiq edilib ki, bunun 89,31 faizi birinci, 78,55 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.