Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 09:55
"Mən ailəni xoşbəxt olmaq üçün qururam, ailəm dağılsın deyə qurmuram".
Sonxeber.net xəbər verir ki, bunu aktrisa-model Pərvin Abıyeva ötən gün Tolikin aparıcısı olduğu "Tarixin bir günü" verilişində deyib.
Cazibədar aktrisa bildirib ki, zəngin şəxslə ailə qurmaq istəyinə heç kim qarışa bilməz:
"Bütün ailələrdə pulsuzluq müəyyən bir vaxtdan sonra problemə çıxardır və mən öz ailəmdə bu problemi yaşamaq istəmirəm. Kimsə istəyirsə, buyursun yaşasın. Mən bunu yaşamaq istəmirəm, mən xoşbəxtlik üçün ailə qururam. Uşaqlarım gözəl şəraitdə böyüsün, yaxşı məktəblərdə oxusun deyə ailəmi qururam, belə də istəyirəm. Mənim bu istəyimə kim etiraz edə bilər?!".
Məhəmməd Vaqif