Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan buzlaqlarının 2/3-ni itirib - VİDEO

Azərbaycan buzlaqlarının 2/3-ni itirib - VİDEO

Tarix: 2 Noyabr 2021 13:20

Son 20 ildə Böyük Qafqazın buzlaq sahəsi 23 % azalıb. Azərbaycan son 20 ildə buzlaqlarının üçdə ikisini itirib.

Böyük Qafqazın buzlaq sahəsi 2000-ci ildən 2020-ci ilə qədər 23 faiz azalaraq 1382 kvadrat kilometrdən 1061 kvadrat kilometrə düşüb.

Bu barədə The Cryosphere jurnalında araşdırma dərc olunub.

Araşdırma nəticələrinə əsasən, 21-ci əsrdə onun buzlaqlarının ərimə sürəti 1911-1960-cı illərlə müqayisədə dörd dəfə artıb.

Qlasioloqlar buz təbəqəsinin sürətlənmiş deqradasiyasını yayda temperaturun artması və daxil olan günəş radiasiyası ilə əlaqələndirirlər.

Böyük Qafqazın dağ silsiləsi Qara və Xəzər dənizləri arasında 1300 kilometrə qədər uzanır.

Onun buzlaq sahəsinin üçdə ikisi Elbrus və Kazbek arasındakı massivin mərkəzi hissəsində yerləşir.

Qafqazdakı buzlaqlar mühüm şirin su mənbəyidir və bir neçə su elektrik stansiyaları buzlaqlarla qidalanan iri çaylar vasitəsilə təmin edilir.

Dəyişiklikləri qiymətləndirmək və regionda su balansını proqnozlaşdırmaq üçün müasir buzlaq kadastrları mühim əhəmiyyət kəsb edir.

Vellinqtondakı Kraliça Viktoriya Universitetinin Antarktika Araşdırmalar Mərkəzinin əməkdaşı Levan G. Tielidzenin rəhbərlik etdiyi Yeni Zelandiya, Rusiya və İsveçrədən olan mütəxəssislər qrupu 2000 və

Sonxeber.net RealTV-yə istinadən xəbər verir ki, 2020-ci illər üçün Böyük Qafqazda buzlaqların tədqiqatını həyat keçirib.

Landsat peyklərinin 2000-ci ildəki məlumatlarından istifadə edərək, qlasioloqlar Qafqazda ümumi sahəsi 1382 kvadrat kilometr olan 2186 buzlaq aşkar ediblər.

Onların 67,4 faizi Rusiya, 32,3 faizi və 0,3 faizi Gürcüstan və Azərbaycanın ərazilərindədir.

Buzlaqların orta hündürlüyü dəniz səviyyəsindən 3430 metr idi.

2020-ci ilə qədər Böyük Qafqazda buzlaqların sayı 2223-ə qədər artıb, amma onların ümumi sahəsi isə 1061 kvadrat kilometrə düşüb.

Hazırda massivin buzlaq sahəsinin 67,8 faizi Rusiyada, 32,1 və 0,1-i Gürcüstan və Azərbaycanda yerləşir. Orta hündürlük dəniz səviyyəsindən 3475 metrə yüksəlib.

Qeyd edək ki, Böyük Qafqazın buzlaq sahəsi əsrin əvvəlindən bəri 23 faiz kiçilib.

Müşahidə olunan deqradasiya dərəcəsi 2003-2015-ci illər arasında ərazisinin 15 faiz azaldığı Avropa Alp dağları ilə müqayisə edilə bilər.

Ən aşağı ərimə sürəti Elbrusda qeydə alınıb. Onun buz örtüyünün sahəsi hər il 0,57 faiz azalır.


Etiketlər:  Azərbaycan buzlaqlarının itirib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ