Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanı yollarsız və avtomobilsiz şəhərin inşasına başladı

Səudiyyə Ərəbistanı yollarsız və avtomobilsiz şəhərin inşasına başladı

Tarix: 2 Noyabr 2021 18:54

Səudiyyə Ərəbistanı 170 km uzunluğunda düz xətt şəklində yeni şəhərin tikintisinə başlayıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 170 km uzunluğunda olan şəhər Qırmızı dəniz sahilindən Tabuk əyalətinin paytaxtına qədər məsafəni əhatə edəcək.

Yeni şəhərdə yollar və avtomobillər olmayacaq. Bütün nəqliyyat isə yeraltı həyata keçiriləcək.

Şəhər ilk sakinlərini və turistləri 2024-cü ildən qəbul etməyə başlayacaq. Hazırda sözügedən şəhərin inşasında 1500-dən çox işçi çalışır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Şahzadəsi, vəliəhd Məhəmməd bin Salman "The Line" şəhərinin layihəsini 2021-ci ilin əvvəlində elan etmişdi. Şahzadə qeyd edib ki, meqapolisin yaradılmasına 500 milyard dollar xərclənəcək. Onun sözlərinə görə, inkişaf etmiş nəqliyyat sistemi sayəsində şəhərin bir ucundan digər ucuna 20 dəqiqəyə getmək mümkün olacaq. Şəhər isə öz növbəsində bütün enerjini bərpa olunan enerji mənbələrindən alacaq.


Etiketlər:  Səudiyyə Ərəbistanı yollarsız avtomobilsiz şəhərin inşasına başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ