Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 23:38
İran imperiyası çoxdan süqut etsə də, bu ölkə özünün xarici siyasətində keçmişdə istifadə etdiyi "qızıl diplomatiya"sını yürütməkdə davam edir.
Sonxeber.net caliber.az-a istinadən bildirir ki, İran rejiminin Cənubi Qafqaz və Azərbaycana münasibətdə mövqeyi İrəvanın maraqları ilə kəsişir.
Xüsusən Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərdən sonra regionda yaranan yeni geosiyasi situasiya Tehran və İrəvanı razı salmadığından bu tandem situasiyanı öz xeyrinə dəyişmək xətti yürüdür.
Son günlər İran və Ermənistan arasında hərbi sahədə əməkdaşlıq daha da genişləndirilir, İrəvan öz hərbi sənaye kompleksini İranın vasitəsi ilə bərpa etməyə çalışır.
Məhz bu səbəblərdən irəli gələrək İranın hərbi və siyasi dairələrinin İrəvana səfərlərində intensivlik müşahidə edilir.