Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düzgün olan və düzgün olmayan dualar

Düzgün olan və düzgün olmayan dualar

Tarix: 4 Noyabr 2021 21:10

Bəzən insanlar elmsiz olduqları üçün elə dualar edirlər ki, qəbul olmur. Məsumlar (ə) bu halda da bizə düz yolu nişan verirlər.

İmam Sadiq (ə) buyurur ki, dua edən insan belə deməsin: "Allahım! Məni heç bir insana möhtac etmə. Çünki elə bir insan yoxdur ki, insanlara möhtac olmasın. Əgər düzgün dua etmək istəyirsə desin: Allahım! Məni xilqətin şərinə möhtac etmə".

Həzrət (ə) sonra buyurur: "Deməyin: "Allahım! Fitnə və imtahandan sənə pənah aparıram". Çünki insanları imtahan etmək qətidir. Bütün insanlar bu dünyada imtahana çəkilərlər. Bəlkə dua edən zaman deməlidir: "Allahım! O imtahandan ki, mənim titrəməyimə səbəb olacaq, insanı yolundan azdıracaq, Sənə pənah aparıram"".

Həmçinin buyurur ki, heç bir bəndə Allahdan öz məqamından və dəyərindən üstününü istəməsin. Çünki bu cür insan yersiz və dəyərindən üstün bir xahiş etmiş olar. Bu da məhrumiyyətə layiqdir. Ona görə də belə dua etməsin və bu dua qəbul olmaz.

İmam Əli (ə) haqqında nəql edirlər: "Bir nəfər İmam Əlinin (ə) yanında dostu üçün belə dua edir: "Allahım, heç bir məkruhu onun üçün yaratma, ona rəva deyildir". İmam (ə) bu duanı eşidən zaman həmin şəxsə buyurur: "Siz dostunuzun ölümü üçün dua etdiniz. Yəni deyirsən ki, Allahım! Dostumu bu dünyadan apar. Onun həyatına son qoy. Çünki sağ olan insan məcburən bu dünyada məkruhatlara düçar olar"".

Bu hədislərdən başa düşmək olur ki, dualarımızın bir çoxu niyə qəbul olmur.

Şübhəsiz qəbul olan dualar.

Duaların içində elə dua vardır ki, mütləq qəbul olar. Bu dua - salavatdır. Hər kim salavatın zikrini deyərsə, Peyğəmbər (s) və onun Alisinə salam göndərərsə, Allah duasını qəbul edər. Siz əgər duanızın qəbul olmasını istəyirsinizsə, gərək duanızdan əvvəl salavat çevirəsiniz, sonra öz istəyinizi bildirəsiniz. Çünki salavatla olan dua Allah dərgahına təqdim edilər. Qəbul olması da daha tez olar.

İmam Sadiq (ə) buyurur: "Dualar həmişə pərdə arxasındadır. Yəni, azad şəkildə Allah dərgahına yol tapa bilməz. O zamana qədər ki, Peyğəmbərə (s) göndərilən salavatla bir yerdə olsun".

İmam Sadiq (ə) buyurur: "O zaman ki, sizlərdən biri Allah dərgahında dua edir, öz istəyini Peyğəmbərə (s) salavatla başlasın. Çünki Peyğəmbərə (s) göndərilən salavat Allah dərgahında qəbul olar. Çünki Allah salavatla olan duanın bir hissəsini qəbul edib və bir hissəsini rədd etmək kimi bir iş görməz".

Həzrət (ə) başqa yerdə buyurur: "Duanın əvvəlində salavat göndərdiyiniz kimi duanın sonunda da salavat göndərin. Təmənnasını Peyğəmbərə (s) dua ilə başlayıb, Peyğəmbərə (s) dua ilə sona çatdırsın".

Beləliklə, deyə bilərik ki, insan Allaha dua etməlidir və bu duasında istəklərini və Allahdan arzu etdiklərini bildirməlidir. Ancaq bu dualar gərək məntiqli olsun və onun məzmununa diqqət edərək, dua etsin. Dua edən zaman isə həm əvvəldə və həm də axırda Peyğəmbərə (s) salavat göndərsin. Çünki ancaq bu zaman dua məqsədinə çata bilər.

Milli.Az


Etiketlər:  Düzgün olan düzgün olmayan dualar


RƏYLƏR