Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2021 22:42
Həzrət İsa (ə) qəbiristanlığın kənarından keçirmiş. Yanındakılara deyir ki, sürətlə keçin. Soruşurlar ki, niyə? Buyurur: "Gözüm bərzəx aləmində bir nəfərə düşdü ki, ona verilən əzaba baxmağa taqətim yoxdur".
Gələn il də buradan keçirlər. Ancaq bu dəfə Həzrət (ə) yavaş getməyə başlayır. Soruşurlar ki, keçən il tez gedirdin, bəs indi niyə gec gedirsən? Həzrət (ə) buyurur: "Bu il gördüm ki, onu azad ediblər. Cəbrayil (ə) buyurdu ki, o, dinsiz deyildi, ancaq pis iş görmüşdü. Ondan saleh övlad qalmışdır ki, bu yaxında bir yetimə yardım etmişdir. Ona görə də Allah həya edir ki, onun atasına əzab versin".