Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın cavab oyununa hakim təyinatları açıqlandı

Tarix: 24 Avqust 2019 01:00

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Linfild" (Şimali İrlandiya) cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın məlumatına görə, matçın baş hakimi Rusiya Futbol Federasiyasından 35 yaşlı Sergey İvanov olacaq. Ona  Roman Usaçov və Valeri Dançenko köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Sergey Lapoçkin yerinə yetirəcək.

Qeyd edək ki,  Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək  "Qarabağ" - "Linfild" görüşü avqustun 29-u yerli vaxtla saat 20:00-da başlayacaq. Bu komandalar arasında Belfastdakı ilk oyunda Şimali İrlandiya klubu 3:2 hesabı ilə qalib gəlib.

 

 


Etiketlər:  Qarabağın cavab oyununa hakim təyinatları açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ