Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Telefona gələn hər mesaj beyni qıcıqlandırır - Təşvişin daha bir səbəbi açıqlandı

Telefona gələn hər mesaj beyni qıcıqlandırır - Təşvişin daha bir səbəbi açıqlandı

Tarix: 4 Noyabr 2021 23:36

Son zamanlar insanlarda təşviş pozuntularının səbəbi artır. Müasir insanın beyninə hər gün lazım olduğundan qat-qat artıq informasiya gəlir. Mütəxəssislər hətta telefona gələn hər mesajın da beyni yüklədiyini bildirib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, rusiyalı həkim Olqa Bakşutova informasiya gigiyenasına əməl etməyin vacibliyini açıqlayıb.
"Biz bu qədər informasiya axınına tab gətirəcək durumda deyilik. Telefonda çoxsaylı ünsiyyət şəbəkələri var. Əvvəllər ancaq zəng və sms gələrdi. İndi isə telegram, whatsapp, mesencer. Hər dəfə bu mənbələrdən mesaj gəldikdə ekrana çıxır və insanı xəbərdar edir. Hər mesajı gördükdə beyin avtomatik olaraq səfərbər olur və özünü hansısa hadisəyə, xəbərə hazırlayır. Beyin üçün o mesajın sadə və ya təcili olmasının fərqi yoxdur. Mesaj varsa, deməli nəsə ola bilər.

Nəticədə boş və anlamsız bir mesaj belə beyini yorur. İnsan digər adamla bir otaqda canlı ünsiyyətdə danışanda beyin az yorulur, nəinki telefonun o tərəfindən. Çünki real ünsiyyət olmadıqda beyin həmin şəxsin tonunu, nə istədiyini, sözünü deyərkən mimikasını, üzünün necə olmasını görə bilmir. Ona görə müasir qadjetlər stresi, təşvişi artırır, insan daim narahat olur.

Bu da psixoloji pronlemlərə səbəb olur. Məsləhətimiz odur ki, informasiya qəbulu gigiyenasına riayət edilsin. İnsan ancaq vacib zəng və mesajları görmək üçün yollar fikirləşsin. Eyni vaxtda beynini 2-3 mənbədən informasiya ilə yükləməsin".

Milli.Az


Etiketlər:  Telefona gələn hər mesaj beyni qıcıqlandırır Təşvişin daha bir səbəbi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ