Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaxşılığın və pisliyin əvəzi barədə

Yaxşılığın və pisliyin əvəzi barədə

Tarix: 4 Noyabr 2021 23:52

Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əli! Dörd şey vardır ki, əgər kimdəsə olsa, Allah behiştdə onun üçün ev tikər: yetimin himayəsini öz üzərinə qəbul etmək, zəifə mərhəmətli olmaq, ata-ana ilə mehriban olmaq, əlinin altında işləyənlərlə yumşaq davranmaq".

Həzrət (s) başqa yerdə buyurur: "Dindarlarla oturub-durmaq - dünya və axirətdə insan üçün şərafətdir".

İmam Sadiq (ə) buyurur: "Bir müsəlman Allaha xatir başqa bir müsəlmana borc verərsə, borcu qayıdana qədər əcri Allah yolunda sədəqə kimidir".

İmam Rza (ə) buyurur: "Hər kəs (müsəlman) qardaşı üçün dua edərsə, Allah möminə mələk hakim edər ki, onun üçün dua etsin".

Hədislərdə pisliyin cəzası

İmam Sadiq (ə) buyurur: "Həqiqətlərə qarşı qafil və diqqətsiz olmaqdan çəkinin. Hər kim qafil olarsa, özünə zərər vurar. Allahın əmrini kiçik hesab etməyin. Hər kəs İlahi əmrləri kiçik hesab edərsə, Allah Qiyamət günü onu alçaq və xar edər".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim biz Əhli-beyti (ə) düşmən hesab edərsə, Allah onu yəhudi olaraq məşhur edər. Hər kim min il Allaha ibadət edər və bizim rəhbərliyimizi və hökumətimizi qəbul etməzsə, Allah onu cəhhənəmə atar".

İmam Baqir (ə) buyurur: "Üç sifət vardır ki, sahibi onun pis aqibətini bu dünyada görmədən getməz: insanların haqqına təcavüz etmək, yalan və sileyi-rəhmi kəsmək".

Həzrət Peyğəmbər (s) buyurur: "Dörd şey vardır ki, evə daxil olarsa, o ev rəhmət və mənəviyyatdan xarab olar və bərəkət görməz: xəyanət, oğruluq, şərab içmək və riya".

İmam Əli (ə) buyurur: "O zaman ki, Allah bir ümmətə qəzəblənər, onları İlahi əzaba düçar edər. Ömürləri qısa olar, ticarətləri xeyir verməz, meyvələri çoxalmaz, çayların suyu artmaz, yağış onlara qadağan edilər, millətlərin şəri onlara hakim olar".

Bəli, bu hədislərdən göründüyü kimi yaxşı əməllərin əvəzi - mükafat və pis əməllərin əvəzi isə dünya və axirətin pis aqibətidir. Ona görə də Allahı və Qiyamət gününü unutmayaq və nəfsimizlə mübarizə aparaq ki, Allahın vəd etdiyi günə get-gedə yaxınlaşırıq.

Milli.Az


Etiketlər:  Yaxşılığın pisliyin əvəzi barədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ