Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Londonda etirazçılar özlərini asfalta yapışdırdılar - VİDEO

Londonda etirazçılar özlərini asfalta yapışdırdılar - VİDEO

Tarix: 5 Noyabr 2021 13:28

İngiltərədə "Insulate Britain" ekoloji qrupunun fəalları etiraz aksiyası keçiriblər.

Onlar Britaniya parlamentinə gedən yolları bağlayaraq, ölkə rəhbərliyindən iqlim dəyişikliyinə qarşı daha ciddi mübarizə aparmağı tələb ediblər.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, fəallar özlərini yapışqanla asfalta yapışdırıblar. Bu səbəbdən yollarda nəqliyyatın hərəkəti iflic olub. Sürücülər fəalların bu hərəkətlərini ciddi narazılıqla qarşılayıblar.

Polisin müdaxiləsi nəticəsində aksiya dağıdılıb.

Etirazçılardan 34 nəfərin saxlandığı bildirilib.

Milli.Az


Etiketlər:  Londonda etirazçılar özlərini asfalta yapışdırdılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ