Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni zabit Şuşa uğrundakı son döyüşlərdən yeni kadrlar yaydı... - VİDEO

Erməni zabit Şuşa uğrundakı son döyüşlərdən yeni kadrlar yaydı... - VİDEO

Tarix: 5 Noyabr 2021 14:28

Sosial şəbəkələrin erməni seqmentində 44 günlük savaşın son günlərində Şuşa uğrunda Azərbaycan ordusunun qələbəsi ilə nəticələnmiş döyüşlərdən yeni kadrlar paylaşılıb.
 
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, həmin video-görüntüləri "Vəng" batalyonu komandirinin müavini Vaan Mejlumyan yayıb.
 
Bu kadrları yaymaqda erməni zabitin məqsədi  guya  "Vəng" batalyonunun Şuşa uğrunda gedən döyüşlərdə iştirakdan yayınmadığını sübut etməkdir. V.Mejlumyan  bununla Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın sözügedən batalyonun  döyüş meydanından qaçması haqdakı çıxışına cavab vermək istəyib. Halbuki, videodan aydın görünür ki, çəkilişin aparıldığı erməni postu Şuşadan xeyli uzaqdadır...
Milli.Az


Etiketlər:  Erməni zabit Şuşa uğrundakı son döyüşlərdən yeni kadrlar yaydı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ