Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NASA azərbaycanlı məktəblini mükafatlandırdı - VİDEO

NASA azərbaycanlı məktəblini mükafatlandırdı - VİDEO

Tarix: 5 Noyabr 2021 16:34

ABŞ-da təhsil alan həmyerlimiz NASA tərəfindən beynəlxalq sertifikata layiq görülüb.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Minnesota ştatında yaşayan 6-cı sinif şagirdi Sevda Məmmədovanın çəkdiyi rəsm "Tələbə Kosmik Uçuş Təcrübələri Proqramı" çərçivəsində 13-cü missiyada iştirak edən "Astronavtlar üçün sənət" yarışmasında qalib gəlib.

23 min 117 şagirdin arasından seçilən Sevda sertifikatla mükafatlandırıb. Həmyerlimizin çəkdiyi rəsm əsəri beynəlxalq kosmik mərkəzin 13-cü missiyasında iştirak edən astronavtların geyiminin üzərində yer alıb.

Sevda uğurunu Azərbaycana həsr etdiyini deyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  NASA azərbaycanlı məktəblini mükafatlandırdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ