Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tarixin ən ödənişli idmançıları - Burada cəmi 4 futbolçu var

Tarixin ən ödənişli idmançıları - Burada cəmi 4 futbolçu var

Tarix: 5 Noyabr 2021 19:08

İdman biznesi üzrə ixtisaslaşan "Sportrico" nəşri bütün zamanların ən çox məvacib alan 25 idmançısını müəyyənləşdirib.

Sonxeber.net sportinfo.az-a xəbər verir ki, araşdırma aparılarkən, idmançıların məvacibləri, reklam müqavilələri, mükafat və qonorarları nəzərə alınıb.

Nəşr idmançıların həm karyeraları ərzində (2021-ci ilin iyununa qədər), həm də karyeralarını bitirdikdən sonra qazandıqları vəsaiti araşdırmaya daxil edib.

Qolfçu Albert Palmerlə basketbolçu Kobi Brayantın isə gəlirləri vəfat etdikləri günə qədər hesablanıb.

Top-25-ə 8 idman növünün təmsilçisi daxil olub. Siyahıda 4 futbolçu da yer alıb. İdmançıların birlikdə gəlirləri 25,5 milyard dollar təşkil edib.

1.Maykl Cordan (basketbol) - 2,62 milyard dollar
2.Tayqer Vuds (qolf) - 2,1
3.Arnold Palmer (qolf) - 1,5
4.Cek Niklaus (qolf) - 1,38
5.Kriştiano Ronaldo (futbol) - 1,24
6.Floyd Meyvezer-kiçik (boks) - 1,2
7.Lebron Ceyms (basketbol) - 1,17
8.Lionel Messi (futbol) - 1,14
9.Mixael Şumaxer (avtoyürüş) - 1,13
10.Rocer Federer (tennis) - 1,12
11.Fil Mikelson (qolf) - 1,08
12.Devid Bekhem (futbol) - 1,05
13.Kobe Brayant (basketbol) - 930 milyon
14.Şakil Onil (basketbol) - 870
15.Qreq Horman (qolf) - 815
16.Mayk Tayson (boks) - 630
17.Aleks Rodriges (beysbol) - 650
18.Menni Pakyao (boks) - 630
19.Kevin Dyurent (basketbol) - 625
20.Lyuis Hemilton (avtoyürüş) - 620
21.Neymar (futbolçu) - 615
22.Ceff Qordon (avtoyürüş) - 595
23.Oskar De La Hoya (boks) - 580
24.Peyton Menninq (amerikan futbolu) - 570
25. Derek Citer (beysbol) - 555


Etiketlər:  Tarixin ödənişli idmançıları Burada cəmi futbolçu


RƏYLƏR