Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Turistlər yenidən Parisə axışır

Turistlər yenidən Parisə axışır

Tarix: 5 Noyabr 2021 21:18

Turistlər yenidən Parisi canlandırıblar.

Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, xarici turistlər yenidən Parisə gəlməyə başlayıblar. Turistlərin Parisə dönüşü Fransa paytaxtının iqtisadiyyatını da yenidən canlandırıb.

Sentyabrda Parisə təyyarə ilə 350 min turist gəlib. Turistlərin sayı 2019-cu illə müqayisədə 60 faiz azdır. 2020-ci illə müqayisədə isə 2 dəfə çoxdur. Şəhər, eləcə də suvenir mağazaları turistlərlə dolur.

Xatırladaq ki, 2019-cu ildə COVID-19 pandemiyası başlamazdan əvvəl, Paris 38 milyon turist qəbul etməklə, dünyada birinci yeri tutub.


Etiketlər:  Turistlər yenidən Parisə axışır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ