Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afrikada Estoniya hərbçiləri təsadüfən müttəfiqlərinə atəş açıblar

Afrikada Estoniya hərbçiləri təsadüfən müttəfiqlərinə atəş açıblar

Tarix: 7 Noyabr 2021 12:52

Malidə xidmət edən Estoniya hərbçiləri bazaya yaxınlaşarkən təhlükəsizlik prosedurlarına əməl etməyən Britaniya əsgərlərinə səhvən atəş açıblar.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə Estoniyanın "Postimees" nəşri məlumat yayıb.

Qeyd olunur ki, atışma hadisəsi Britaniya ordusunun xüsusi təyinatlılarının olduğu mikroavtobusun hərbi bazaya yaxınlaşması zamanı baş verib. Britaniya tərəfi qaydalara uyğun olaraq yaxınlaşmaları barədə məlumat vermədiyi üçün bazanı mühafizə edən estoniyalılar avtomobilə atəş açıblar.

Estoniya Müdafiə Nazirliyinin məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb.


Etiketlər:  Afrikada Estoniya hərbçiləri təsadüfən müttəfiqlərinə atəş açıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ