Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur aktyorun işlətdiyi bu ifadə izləyiciləri qəzəbləndirdi

Məşhur aktyorun işlətdiyi bu ifadə izləyiciləri qəzəbləndirdi

Tarix: 7 Noyabr 2021 18:42

Aktyor Arnold Şvartseneggerin qızı Ketrin ilə ailəli olan Kris Prettin sonuncu paylaşımı izləyicilərin qəzəbinə səbəb olub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, həyat yoldaşının ad gününü təbrik edən aktyor Ketrinlə olan fotosunda "Mənə sağlam qız övlad verdiyin üçün sənə təşəkkür edirəm" sözlərini qeyd edib. Bu, isə izləyicilər tərəfindən bir mənalı qarşılanmayıb.

Buna səbəb, Krisin Anna Farisdən (red. - əvvəlki evliliyindən) olan oğlu Cekin dünyaya gələrkən keçirdiyi beyin qanamasına görə bir çox sağlamlıq problemi yaşaması olub. Aktyorun "sağlam" sözünü işlətməsi ünvanına "Problem oğlunda deyil, səndədir" şəklində şərhlərin gəlməsinə səbəb olub.


Etiketlər:  Məşhur aktyorun işlətdiyi ifadə izləyiciləri qəzəbləndirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ