Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2021 19:42
Yumurtanın ağı dəriyə çox müsbət təsir edir - dərini cavanlaşdırır, daha dartılmış edir, kiçik qırışları yox edir, ağardır, məsamələri kiçildir.
Sizə çox effektli cavanlaşdırıcı maskanın reseptini təqdim edirik.
1 yumurtanın ağı yaxşı çalınır, 1 çay qaşığı bal, 1 çay qaşığı limon şirəsi və 5 damcı E vitamini yağda (apteklərdə satılır) əlavə olunur və yaxşı qarışdırılır. Maskanı təmiz üz dərisinə çəkin və tam quruyandan sonra ilıq su ilə yuyun.
Bu maskanı həftədə 2 dəfə etmək olar.