Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2021 20:26
Geniş istifadə olunan e-poçt müştərisi ilə tanınan ABŞ-ın Yahoo internet şirkəti "hüquqi və biznes problemlərinin artması səbəbindən" Çin bazarından çıxmaq qərarına gəlib.
Sonxeber.net fins.az-a istinadən bildirir ki, şirkətdən verilən açıqlamada, internet xidmətlərinin noyabrın 1-dən Çinin materik hissəsindən istifadə olunmayacağı bildirilib.
"Şirkət olaraq biz istifadəçilərimizin hüquqlarına, açıq və pulsuz internetə sadiq qalmağa davam edəcəyik", - deyə məlumatda bildirilir.
Şirkətin bazardan çəkilmək barədə açıqlaması Çində 1 Noyabrda Fərdi Məlumatların Qorunması Qanununun qüvvəyə minməsindən sonra verilib.
Çindəki qanuni qaydalara görə, internet şirkətləri istifadəçi məlumatlarını səlahiyyətlilərlə paylaşmağa borcludur.