Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2021 23:45
Arıqlamaq istəyən insan mütləq səhər yeməyi yeməlidir.
Səhər yeməyin qəbulu nahar zamanı daha az kalori qəbul etməyə kömək edir. Araşdırmalar nəticəsində məlum oldu ki, arıqlamaq istəyən insan üçün ən yaxşı səhər yeməyi yulaf yarması ("herkules") sıyığıdır.
Elmi təcrübədə iştirak edən insanları üç qrupa ayırdılar. Birinci qrup səhər yeməyi zamanı qarğıdalı lopaları, ikinci qrupu - yulaf sıyığı yeyirdi, üçüncü qrup isə səhər yeməyi yemirdi. Nahar vaxtı ikinci qrupa daxil olan insanlar (yulaf yarması sıyığı yeyənlər) 30% az kalori qəbul edirdi.
Məlum oldu ki, bunun səbəbi yulaf sıyığının mədədə daha uzun müddət ərzində qalmasıdır.
Digər tərəfdən yulaf yarmasının səhər qəbulu bağırsaqları işə salır, onların daha yaxşı fəaliyyətini təmin edir. Bu xüsusilə qəbizlikdən əziyyət çəkən insanlar üçün vacibdir.
Beləliklə, alimlərin fikirinə görə arıqlamaq istəyən insanlar üçün ən yaxşı səhər yeməyinin seçimi yulaf yarması sıyığıdır. Təbii ki, bu sıyığa çoxlu miqdarda kərə yağı və şəkər əlavə etmək tövsiyə edilmir.