Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın güləş yığması dünya üçüncüsü oldu

Azərbaycanın güləş yığması dünya üçüncüsü oldu

Tarix: 8 Noyabr 2021 07:26

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.

Azərbaycan Güləş Federasiyasından Sonxeber.net-a verilən məlumata görə, 2017-ci ildən keçirilən bu yarışda Azərbaycan güləşi rekord nəticəyə imza atıb. Belə ki, bundan öncəki 3 DÇ-də (2017, 2018, 2019) cəmi 2 qızıl medal əldə olunmuşdusa, bu dəfə bir yarışda 3 güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Belqradda 3 qızıl və 3 bürünc qazanan Azərbaycan medalların əyarına görə dünya üçüncüsü olub. Ölkəmiz yalnız Rusiya və Ukraynadan geri qalıb.

Xatırladaq ki, yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadəylə (55 kq) Ülvü Qənizadə (72 kq) bürünc, sərbəst güləşdə isə Əliabbas Rzazadəylə (57 kq) Osman Nurməhəmmədov (92 kq) qızıl, Zirəddin Bayramov (65 kq) bürünc medalı boynundan asıb.


Etiketlər:  Azərbaycanın güləş yığması dünya üçüncüsü oldu


RƏYLƏR