Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2019 17:28
"Çelsi" İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.
Qol.az-ın məlumatına görə, London klubu 3-cü turda səfərdə "Norviç"lə qarşılaşıb. Matç Frank Lempardın komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Norviç" - "Çelsi" - 2:3
Qollar: Abraham, 3 (0:1), Kantvell, 6 (1:1), Mason Mount, 17 (1:2), Pukki, 31 (2:2), Abraham, 68 (2:3)
Beləliklə, London təmsilçisi bu mövsüm ölkə çempionatında ilk qələbəsini qazanıb. Komanda hazırda 4 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 6 xalla (2 oyundan) "Liverpul" başılıq edir. Eyni xala malik olan (2 oyundan) "Arsenal" 2-ci, "Mançester Siti" 4 xalla (2 oyundan) 3-cüdür.