Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2019 20:28
Qazaxıstan çempionatında 24-cü turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" evdə "Atırau"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Emil bu dəfə də 90 dəqiqə meydanda olub və qapısını toxunulmaz saxlayıb.
Bu qələbə ilə xalını 49-a çatdıran "Tobol" turnir cədvəlində ilk pillədə qərarlaşıb.