Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2021 14:56
Azərbaycan - Lüksemburq oyununun hakimləri açıqlanıb.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsinin noyabrın 11-dəki qarşılaşmasının təyinatlarını UEFA açıqlayıb.
Bakı Olimpiya Stadionundakı görüşü Avstriyadan olan ədalət təmsilçiləri idarə edəcək. Millimizin DÇ-2022-nin seçmə mərhələsindəki son oyununun baş hakimi Manuel Şuttenqruber olacaq.
Ona həmyerliləri Roland Brandnerlə Robert Steynaxer kömək edəcək. Dördüncü hakim funksiyası Yulian Veynbergerə tapşırılıb.
Harald Lexner VAR hakimi funksiyasını yerinə yetirəcək. Ona Sebastyan Gişamer kömək edəcək.