Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvənd olunmayan xəstələrin koronavirusdan müalicəsi pullu olacaq

Peyvənd olunmayan xəstələrin koronavirusdan müalicəsi pullu olacaq

Tarix: 10 Noyabr 2021 09:30

Dekabrın 8-dən Sinqapur hakimiyyəti peyvənd olunmamış koronavirus xəstələrinin müalicəsi üçün ödəniş etməyi dayandıracaq. Bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, nazirlik bu qərarı peyvənd olunmamış vətəndaşların koronavirus xəstəxanalarında çarpayıların əksəriyyətini tutması və ölkənin səhiyyə resurslarına qeyri-mütənasib dərəcədə böyük yük qoyması ilə izah edib. Bununla bağlı tibb müəssisələri belə xəstələrdən ödəniş alacaqlar.

Bildirilir ki, 12 yaşa qədər uşaqlar və peyvəndlərə əks göstərişi olan vətəndaşlar pulsuz tibbi yardım almağa davam edəcəklər.


Etiketlər:  Peyvənd olunmayan xəstələrin koronavirusdan müalicəsi pullu olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ